Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb

news photo

21.05.2019 16:16 // İdman

UEFA futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarına biletlərin qiymətlərini açıqlayıb.

Youthportal.az UEFA-nın saytına istinadla xəbər verir ki, Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarest və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.

UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Bu mərhələdə bilet satışının iyunun 12-dən iyulun 12-dək davam edəcəyi bildirilir.

Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.

Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi