Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA 2018-ci ilin ən yaxşı bombardirini açıqlayıb

news photo

30.12.2018 11:41 // İdman

UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.

Youthportal.az Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Hollandiya millisinin və İngiltərənin "Çelsi" komandasının hücumçusu Dayşon Redandır.

Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.

İkinci yeri Hollandiyanın U-17 millisinin digər üzvü Nikita Tromp tutub. "Ayaks"da çıxış edən forvard 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Bosniya və Herseqovina millisi ilə İtaliya "Roma"sının ön xətt oyunçusu Edin Ceko qərarlaşıb.

Qeyd edək ki, Dayşon Redan "Çelsi"yə 2017-ci ilin yayında "Ayaks"dan keçib. O, London komandasına UEFA Gənclər Liqasının finalınadək irəliləməkdə yardımçı olub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi