Ru
Bakı
USD
EUR
GBP
RUB

Ucuz smartfonlarda süni intellekt olacaq

news photo

05.03.2018 17:37 // High-tech

"Qualcomm" şirkəti "Mobile World Congress" sərgisində "Snapdragon 700 Series" istehsal xəttinə aid yeni prosessorlar nümayiş etdirib. Bu, orta və ucuz sinif smartfonları üçün nəzərdə tutulan mobil prosessorlardır. Şirkət nümayəndələrinin sözlərinə görə, onların başlıca xüsusiyyəti süni intellekti dəstəkləməsindədir.

Youthportal ICTnews-a istinadən bildirir ki, istehsal xəttinin məqsədi ucuz smartfonları "Snapdragon 800 Series" prosessorlarına malik qabaqcıl modellərdə olan funksiyalarla təchiz etməkdən ibarətdir. Süni intellektin dəstəklənməsi ilə yanaşı, çiplər smartfonun aparat təminatının məhsuldarlığını yaxşılaşdıracaq və kamera imkanlarını genişləndirəcək (fokus təkmilləşdiriləcək və rejimi avtomatik seçmək mümkün olacaq). Həmçinin ucuz smartfonların kameraları bir neçə rejimlə, o cümlədən gecə və çəkiliş sürətini azaldan rejimlə təchiz ediləcək.

Hazırda "Qualcomm" şirkəti dörd prosessor istehsalı xəttinə malikdir: "Snapdragon 200 Series", "Snapdragon 400 Series", "Snapdragon 600 Series" və "Snapdragon 800 Series".

Yeni istehsal xəttinin texniki xüsusiyyətləri və buraxılış müddəti barədə məlumat veri

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi