Ru
Bakı
USD
EUR
GBP
RUB

Üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün qürur mənbəyidir

news photo

08.11.2019 11:01 // Cəmiyyət

Noyabrın 7-də YAP Səbail rayon təşkilatının, “Nəbatat bağı” (AMEA-nın Mərkəzi Nəbatat Bağı) və “Botanik” (AMEA-nın Botanika İnstitutu) ərazi ilk partiya təşkilatlarının birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Mərkəzi Nəbatat Bağının direktoru, dosent Vahid Fərzəliyev, partiya fəalları və gənclər iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Bayrağı Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Qonaqları salamlayan AMEA-nın Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə bayram münasibətilə təbriklərini çatdırıb.

Xalqımızın istiqlal mübarizəsinin və müstəqil dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü münasibətilə iştirakçıları təbrik edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev dövlət müstəqilliyinin dəyərindən, müstəqil dövlətçilik atributlarının müqəddəsliyindən, üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi olmasından danışıb. Bildirib ki, gənc nəslin Vətənimizə, dövlətimizə, milli-mənəvi dəyərlərimizə və tariximizə sədaqət, yüksək vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir.

Deputat qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürməsinə baxmayaraq, həmin dövrdə müstəqil dövlətçiliyimizin zəruri əsasları formalaşıb. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin rəmzi məhz bu gün zirvələrdə qürurla dalğalanan üçrəngli dövlət bayrağımız olub.

XX əsrin sonlarında bərpa edilən müstəqilliyimizin qorunub saxlanmasına ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinə diqqət çəkən Ş.Hacıyev bildirib ki, Ümummilli Liderin inkişaf strategiyası sayəsində Azərbaycan son 26 ildə, sözün əsl mənasında, inqilabi inkişaf yolu keçərək, Cənubi Qafqazın lider dövlətinə, dünyanın sayılıb-seçilən, beynəlxalq aləmdə söz sahibi olan, xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürüdən ölkəyə çevrilib.

Bu günlərdə 2020-ci ilin dövlət büdcəsinin və icmal büdcənin Milli Məclisdə müzakirə olunduğunu diqqətə çatdıran Ş.Hacıyev bildirib ki, gələn il büdcə xərclərinin təxmini 40 faizi sosial məsələlərin həllinə yönləndiriləcək. Bu rəqəm onu ifadə edir ki, ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində addımlar davam edəcək, pensiyaların, müavinətlərin, əməkhaqqlarının məbləği yüksələcək, neftdən asılılıq azalacaq və qeyri-neft gəlirlərinin büdcənin formalaşmasındakı rolu ilbəil artacaq. Bir sözlə, Azərbaycanın iqtisadi qüdrəti getdikcə daha da artacaq.

Deputat ölkəmizdə aparılan düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanın üçrəngli bayrağının tezliklə Şuşada, Xankəndidə, işğaldan azad olunacaq digər torpaqlarımızda dalğalananacğına inamını ifadə edib.

Sonra Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev və YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev çıxış edərək bildiriblər ki, üçrəngli bayrağımız müqəddəs dövlət atributu olmaqla yanaşı, xalqımızın, dövlətimizin vahid siyasət, müstəqil dövlətçilik ideologiyası ətrafındakı həmrəyliyinin rəmzidir. Ölkəmizin iqtisadi yüksəlişi, Azərbaycanda gedən davamlı inkişaf, dövlətimizin beynəlxalq arenada əldə etdiyi uğurlar xalqımızda böyük ruh yüksəkliyi və ölkəmizin firavan gələcəyinə dərin inam yaradır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Mərkəzi Nəbatat Bağının bir qrup əməkdaşına partiyanın üzvlük vəsiqələri təqdim olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi