Ru
Bakı
USD
EUR
GBP
RUB

Üç rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bir tır hədiyyə” aksiyası keçiriləcək (FOTO)

news photo

28.11.2019 15:56 // Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti noyabrın axırlarında “Bir tır hədiyyə” adlı yeni aksiyaya başlayacaqlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Youthportal.az-a verilən məlumata görə, Yeni ilədək davam edəcək layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onlara qayğı hissini və eyni zamanda, cəmiyyətdə sosial məsuliyyət hissini daha da artırmaqdır.

Aksiya Bərdə, Tərtər və Goranboy rayonları üzrə həssas qruplara aid ailələrdən olan azı 400-dək uşağı əhatə edəcəkdir.

Həmin uşaqlara hədiyyələr, müxtəlif məktəb ləvazimatları veriləcək. Onların valideynlərinə sosial-hüquqi maarifləndirmə yönümlü xidmətlər də göstəriləcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi