Ru
Bakı
USD
EUR
GBP
RUB

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

news photo

20.10.2019 11:39 // Gənclər üçün

18.10.2019-cu il tarixdə Ucar Rayon Gənclər Evində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Region gənclərindən könüllülük hərəkatına ilk addım”adlı layihənin təqdimatı baş tutdu.

İctimai birlikdən Youthportal.az-a bildiirlib ki, tədbiri giriş sözü ilə Ucar rayon Gənclər və İdman idarəsinin rəis müavini Mehdi Heydərov açaraq qonaqları salamladı və layihəni təqdim etmək üçün sözü “Gəncliyə Dəstək” ictimai birliyinin idarə heyətinin üzvü Şəhriyar Şükürzadəyə verdi. Şəhriyar Şükürzadə hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donar barədə məlumatlar verdi və könüllülük fəaliyyətinin vacibliyi gənclərə çatdırıldı.

Tədbirdə iştirak edən “Gələcək” İntellektual İnkişafa Yardım İB-nin sədri Kazım Məmmədov və Ucar rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nuru Piriyev çıxşlar etdilər, layihənin əhəmiyyətindən, ölkədə vüsət alan könüllülük hərəkatına region gənclərin bu layihə sayəsində böyük töhvə verə biləcəklərindən danışdılar.

Daha sonra könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olundu, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olundu. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə 30 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi