Ru
Bakı
USD
EUR
GBP
RUB

“Uber” Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb

news photo

26.07.2019 13:47 // Dünyada

“Uber” şirkəti Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb.

Youthportal.az xəbər verir ki, məhkəmə qərarı əsasında fəaliyyətini dayandıran ABŞ konserni növbəti həftələrdə yenidən Avstriya bazarına geri qayıtmağı planlaşdırır.

Vyanada taksi şirkətlərini birləşdirən təmsilçilik və “Uber” şirkəti arasında illərdən bəri davam edən məhkəmə çəkişməsində hələ ki, birinci tərəfin maraqları təmin olunub. Belə ki, Vyana Ticarət Məhkəməsinin qərarına əsasən, “Uber” şirkəti də digər oxşar xidmətlər kimi Avstriyada öz nümayəndəliyi ilə təmsil olunmalı və müvafiq lisenziya üçün rəsmi qurumlara müraciət etməlidir. Vyana ilə yanaşı, şirkətin Qrats, Zaltsburq və Lints şəhərlərindəki fəaliyyətinin pilot mərhələsi də dayandırılıb.

Qeyd edilməlidir ki, Vyanada taksi xidmətlərində olduqca ucuz qiymətləri təqdim edən “Uber” ilə yerli taksi şirkətləri arasında çəkişmə bir neçə ildir ki, davam edir. Vyanada aparıcı taksi xidmətləri operatoru olan “40100” şirkəti ABŞ konserninə qarşı aparılan mübarizədə ön cərgədə dayanır.

Avstriyada “UberX”, “Green”, “Black” və “Van” adlı xidmətlərini dayandıran “Uber” şirkətindən ən qısa zamanda qanuni tələbləri ödəyərək yenidən ölkə bazarında fəaliyyətin bərpa olunacağı barədə açıqlama verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi