Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tütünsüz cəmiyyət” kampaniyasının ilk seminarı keçiriləcək

news photo

13.11.2019 15:20 // Gənclər üçün

“Sağlam Düşüncə" Gənclər Təşkilatı sizləri 16 noyabr 2019-cu il tarixində Sumqayıt şəhəri Gənclər Evində təşkil ediləcək “Tütünsüz cəmiyyət” kampaniyasının ilk seminarı keçiriləcək.

“Tütünsüz cəmiyyət” sağlam həyat tərzinin təbliği kampaniyası “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda peşəkar təlimçi tərəfindən günümüzün ən aktual problemlərindən biri olan tütün istifadəsinin insan orqanizminə və ətraf mühitə zərələri haqda məlumat veriləcəkdir.Seminar “əylənərək öyrənək” prinsipi əsasında təşkil olunacaqdır.

Youthportal.az xəbər verir ki, layihənin məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması,  ppassiv (ikincili) siqaret çəkməyin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməkdir.

Tədbir Sumqayıt şəhər Gənclər evində, saat 13:00 – 14:00-da keçiriəcək.

Qeyd edək ki, seminarda iştirak ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir. Seminarda iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://form.jotform.me/93162386580462

Telefon: +994558237290 

Email: livehealthy@csyo-az.org

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi