Ru
Bakı
USD
EUR
GBP
RUB

Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunan tədbir keçirilib

news photo

20.02.2019 13:42 // Təhsil

Fevralın 19-da AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə 27 mart – Elm Gününə həsr olunmuş “Super Moon” adlı tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə planetariumun direktoru, ŞAR-ın elmi işçisi Famil Mustafa çıxış edərək son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında" 9 aprel 2018-ci il tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Planetariumun direktoru tədbirin adının “Super Moon” seçilməsinin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356-365 min kilometr arası dəyişə bilər. 19 fevral tarixinə təsadüf edən “Super Ay” (Super Moon) hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq. F.Mustafa qeyd edib ki, bu zaman Ay daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir.

Daha sonra ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi astronomiya ilə bağlı elmi-populyar məruzə ilə çıxış edib. Məruzəçi astronomiya elminin inkişaf tarixi, əldə olunan nailiyyətlər və perspektiv planlardan danışıb, eləcə də dünyanın yaranışı haqqında müxtəlif nəzəriyyələr barədə məlumat verib.

Tədbirin sonunda kosmosa səyahətlə bağlı sənədli film nümayiş olunub.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi