Ru
Bakı
USD
EUR
GBP
RUB

Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək

news photo

13.09.2019 12:06 // Cəmiyyət

Sentyabrın 27-də Bakıda Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

Youthportal.az xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokacdır.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi