Ru
Bakı
USD
EUR
GBP
RUB

Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub

news photo

05.09.2019 17:26 // Cəmiyyət

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Youthportal.az xəbər verir ki, “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 2000 ədəd tirajla çap olunan İraq Divanı Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub. İraq Divanını Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

“İmadəddin Nəsimi. İraq Divanı” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın  icrası məqsədilə çap olunub.

“İmadəddin Nəsimi. İraq Divanı” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi