Ru
Bakı
USD
EUR
GBP
RUB

Türk Şurası Gənclər Platformasının Baş Assambleyası keçirilib (FOTO)

news photo

13.10.2019 13:28 // Gənclər üçün

Bu gün Hyatt Regency otelində  Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.  

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib.

Türk Şurası Zirvə Toplantısı ərəfəsi öncəsi baş tutan  ilk tədbirdə gənclər bir araya gəlib fikir mübadiləsi aparıb, əməkdaşlıq üçün yeni yolları müzakirə ediblər. Beləliklə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni bir ənənənin təməli qoyulub. Bu tarixi hadisə həm də ölkələr  arasında mövcud olan əməkdaşlığa yeni bir səhifə açır.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, bugünkü tədbir tarixi əhəmiyyət daşıyır: "İnanıram ki, bu platforma birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclər arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bizi birləşdirən bir çox dəyərlər mövcuddur. Çünki bizim ümumi mədəniyyət və tariximiz var. Dünyada baş verən hadisələr onu göstərir ki, bu gün yeni mərhələ başlayır və hadisələrin gedişatı bizdən daha tez inteqrasiya olmağı tələb edir".

Nazir qeyd edib ki, türk ölkələri arasındakı əməkdaşlıq düzgün istiqamətdə qurulub və inkişaf edir.

2018-ci ilin sentyabrında Çolpan Ata şəhərində keçirilmiş Türk Şurasının VI Zirfə görüşünün mövzusu gənclər və idman məsələlərinə həsr olunmuşdu. Zirvə Görüşünün yekunu olaraq qəbul edilmiş bəyannamədə ölkə başçıları bu sahədə görülümüş işləri yüksək qiymətləndirmiş və Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasına dair təlimat veriblər.

Azərbaycan təşəbbüslə çıxış edərək, Baş Assambleyanın Bakıda keçirilməsi təklifini irəli sürüb.

Baş Assmbleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək gənclərin tövsiyələrinın hazırlanması nəzərdə tutulub. 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi