Ru
Bakı
USD
EUR
GBP
RUB

Türk Şurası 4-cü beynəlxalq gənclər düşərgəsində Azərbaycan gəncləri iştirak etmişlər (FOTO)

news photo

31.07.2019 12:25 // Gənclər üçün

13-21 iyul 2019-cu il tarixlərdə Qazaxıstan Respublikasının Almatı şəhərində Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi, Almatı Menecment Universiteti və Qazaxıstanın Vətəndaş Alyansının tərəfdaşlığı ilə Türk Şurası 4-cü Beynəlxalq Gənclər Düşərgəsi keçirilmişdir.

Youthportal.az xəbər verir ki, düşərgədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları MilliŞurasının əməkdaşı Reyhan Orucova, “İRƏLİ” İctimai Birliyinin üzvü Məleykə Tağızadə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü  Rəfael Quliyev Azərbaycanı təmsil etmişlər.

14 iyul tarixində forumun rəsmi açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və bir çox rəhbər nümayəndələr və rəsmilər iştirak etmişlər.

Düşərgədə 5 müxtəlif ölkədən 150 gənc iştirak etmişdir. Düşərgədə “Vətəndaş cəmiyyətinin inkişafı”, “Yaşıl iqtisadiyyat” və “Yaradıcı iqtisadiyyat” mövzularında seminarlar, müzakirələr və təqdimatlar edilmişdir. Seminarlar Qazaxıstan Respublikasının müxtəlif universitetlərində tədris işləri ilə məşğul olan və biznes sahəsində uğurlar qazanmış peşəkar təlimçilər tərəfindən aparılmışdır.

Müzakirələrin yekunu olaraq komandalar hazırladıqları biznes layihələrini digər komanda yoldaşları və münsiflər heyətinə təqdim etmilşər. Layihəni uğurla başa vurmuş iştirakçılara pul mükafatı və sertifikarlar təqdim olunmuşdur.

Düşərgə çərçivəsində nümayəndə heyəti öz təşəbbüsü ilə Azərbaycan Mədəniyyət gecəsini təşkiletmiş, Azərbaycan milli adət-ənənələrinvə musiqisi barədə məlumatlar vermişlər.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi