Ru
Bakı
USD
EUR
GBP
RUB

Turizm və Menecment Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb

news photo

12.02.2019 14:28 // Təhsil

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbəsi Bolqarıstanın Sviştov şəhərində D.Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı ilə keçirilən “Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” beynəlxalq elmi-praktik konfransda iştirak etmək hüquqi qazanıblar.

ATMU-dan Youthportal.az-a bildirilib ki, tələbələr tərəfindən beynəlxalq konfransa təqdim olunan məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun inkişaf modellərindən bəhs edilib.

Universitetin marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva qeyd edib ki, müəyyən dəyərlər, o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafında mühüm əhəmiyyətə malikdir. Konfransa təqdim edilən məqalələrdə rəhbərliyin məsuliyyətli inkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğun yeniliklər nəzərdə tutulur.

Yekun nəticələrə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER konfransının münsiflər heyəti tərəfindən sertifikatlarla layiq görülüb, məqalələr CD disklərdə buraxılıb.

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi