Ru
Bakı
USD
EUR
GBP
RUB

“Turizm Könüllüləri” Təşkilatı ictimaiyyətə təqdim edilib

news photo

05.12.2019 15:57 // Gənclər üçün

Dekabrın 5-də “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.

Youthportal.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumların əməkdaşları, eləcə də digər dövlət qurumlarının, gənclər təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

“Turizm Könüllüləri” təşkilatının təsisçisi Məhəmməd Muradov təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək planı barədə məlumat verib. O diqqətinə çatdırılıb ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardım göstərmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov təmsil etdiyi qurumun məqsəd və fəaliyyəti, əsas tutduğu prinsiplər barədə məlumat verib. Bildirib ki, yarandığı gündən etibarən Dövlət Turizm Agentliyi turizm sahəsində fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və QHT-lər arasında əlaqə yaratmaq, qoruqların ərazisindən məqsədyönlü istifadənin təşkili və onların qorunub saxlanılması, milli kulinariya nümunələrinin qorunması və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

Kənan Qasımov çıxışında turizm sahəsində könüllü fəaliyyətin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı biliklər əldə etməkdə mühüm rol oynayacağını deyib. O, Agentliyin ölkədə turizmin inkişafı yolunda atılan bütün addım və təşəbbüslərə daim dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi