Ru
Bakı
USD
EUR
GBP
RUB

“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib (FOTO)

news photo

18.10.2019 11:59 // Təhsil

Oktyabrın 17-də Təhsil  Nazirliyində  “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  iştirakçıları ilə  görüş keçirilib.

Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin  gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb. 

Görüşdə iştirak edən “TRİZ Developers Summit” Beynəlxalq Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi, “NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqə ilə bağlı təqdimatla çıxış edib. Daha sonra təmsil etdiyi qurum adından “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib.

Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da öz növbəsində TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığı barədə məlumat verib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və “Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın məktəbliləri də diplomla təltif ediliblər. 

Məlumat verilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır.

Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində  motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin  genişləndirilməsidir.

TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk  İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb. 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi