Ru
Bakı
USD
EUR
GBP
RUB

Tokio-2020-nin Təşkilat Komitəsinin rəhbəri Azərbaycan paralimpiyaçılarından danışıb

news photo

02.09.2021 11:15 // İdman

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Seyko Hasimoto Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədovla görüşüb.

MPK-nın mətbuat xidmətinin məlumatına görə, Hasimoto görüş zamanı ölkə paralimpiyaçılarının nailiyyətlərinə heyran qaldığını bildirib və onların nəticələrini yüksək qiymətləndirib. Azərbaycan təmsilçilərini təbrik edən Hasimoto onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Öz növbəsində, Rəhimov Tokio-2020-nin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliklərinə görə onlara təşəkkürünü çatdırıb.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi