Ru
Bakı
USD
EUR
GBP
RUB

"Tokio-2020" Yay Olimpiya Oyunlarına yollanacaq badmintonçuların siyahısı gələn il aprelin 30-da açıqlanacaq

news photo

10.09.2019 19:13 // İdman

“Tokio 2020” Yay Olimpiya Oyunlarında 5 kateqoriya üzrə ümumilikdə 172 badmintonçu medalları uğrunda yarışacaq.

Azərbaycan Badminton Federasiyasından Youthportal.az-a verilən məlumata görə, kişi və qadınların şəxsi yarışında 38 badmintonçu Dünya Badminton Federasiyasının reytinqinə əsasən Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq. Kişi və qadınların qoşa və qarışıq-qoşa yarışlarında 16 cüt Olimpiadada mübarizə aparacaq. Bütün kateqoriyalarda 1 yer ev sahibi Yaponiyaya, digər 3 vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək. Olimpiadaya yollanacaq badmintonçuların adlarına 2020-ci ildə aprelin 30-da açıqlanacaq dünya reytinq siyahısından sonra aydınlıq gələcək. Bütün kateqoriyalarda hər qitədən minimum 1 iştirakçı Olimpiya Oyunlarında təmsil olunmalıdır. Əgər 30 apreldə açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Dünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına (qoşa yarışlarda cütlərə) Olimpiadada iştirak hüququ yaradılır.

Qeyd edək ki, Olimpiya təsnifat turnirləri 2019-cu il aprelin 29-dan 2020-ci il aprelin 26-dək olan müddəti əhatə edir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi