Ru
Bakı
USD
EUR
GBP
RUB

Tokio-2020 Olimpiya Oyunlarının büdcəsi 12 milyard dollardan çox olmayacaq

news photo

07.12.2018 17:11 // Dünyada

Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin bildirdiyinə görə, yarışların büdcəsi 12 milyard dolları aşmayacaq. Həmin məbləğ ötən ilin dekabrında təklif edilib.

Youthportal.az NHK telekanalına istinadla xəbər verir ki, komitə hazırda xərclərin Tokio hökuməti ilə mərkəzi hökumət arasında necə bölüşdürüləcəyini araşdırır.

Təşkilat komitəsinin sədri Yoşiro Mori Beynəlxlaq Olimpiya Komitəsinin (BOK) rəsmiləri ilə görüşdükdən sonra bildirib ki, 2020-ci ildə keçiriləcək yarışların inkişafı planı yeni büdcəyə ehtiyac yaratsa da, komitə BOK ilə birlikdə xərclərin azaldılmasına çalışır.

Y.Mori əlavə edib ki, büdcənin əvvəlcədən müəyyən edilmiş 12 milyard dollar məbləğini aşmaması üçün lazımi işlər görüləcək.

Buna baxmayaraq, oyunların keçiriləcəyi dövrdə istilərlə mübarizə, eyni zamanda, nəqliyyat və texnologiyalar sahəsində problemlər əlavə xərclər tələb edəcək. Komitə bu xərcləri qarşılamaq üçün bütün mümkün vasitələrdən, o cümlədən obyektlərin arendası müddətinin qısaldılmasından istifadə etməyi nəzərdə tutur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi