Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tokio-2020” biletlərinin satışı iyunda başlayacaq

news photo

07.03.2019 16:27 // İdman

Tokioda keçiriləcək 2020-ci il Olimpiya oyunlarının biletləri iyunun 14-dən - Yaponiya sakinləri üçün satışın başlamasından bir neçə həftə sonra digər ölkələrin idman həvəskarlarına satılacaq.

Youthportal.az xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı satışa veriləcəyi gözlənilir. Həmin bayram şənlikləri aprelin 27-dən mayın 6-dək davam edəcək.

Biletlərin daxili bazarda və əcnəbilər üçün ayrı-ayrı vaxtlarda satışa çıxarılması qərarı qeyri-adidir. Əvvəlki Oyunlarda biletlər həm ev sahibi ölkə həm də qonaqlar üçün eyni vaxtda satılırdı. Satışların 14 iyunda başlanması da təsadüfi deyil: həmin gün “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minir. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.

“Tokio-2020” Olimpiadasının ən bahalı biletləri açılış və bağlanış mərasimlərinə olacaq (300 min yen). Böyüklər üçün ən ucuz bilet 2500 yen, yaşlılar, uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün isə 2 020 yen olacaq.

Hər bir ölkə üçün ayrılacaq biletlərin miqdarı barədə aprel ayında həmin dövlətlərin səlahiyyətli orqanlarına məlumat veriləcək.

Azərbaycan Mərkəzi Bankının martın 6-na olan məlumatına görə, 1 yapon yeni 0,015 Azərbaycan manatına bərabərdir.

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi