Ru
Bakı
USD
EUR
GBP
RUB

Tokio Olimpiadasında iştirak etmək üçün 160 min könüllü ərizə verib

news photo

21.12.2018 13:03 // Dünyada

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında könüllü kimi iştirak etmək üçün 160 mindən çox müraciət qeydə alınıb. Bu, təşkilat komitəsinin müəyyən etdiyi normadan iki dəfə çoxdur.

Youthportal.az xəbər verir ki, komitənin direktorlar şurasının dekabrın 20-də keçirilən iclasında 162 min nəfərin könüllü olmaq üçün ərizə ilə müraciət etdiyi bildirilib.

İclasadan sonra təşkilat komitəsinin baş direktoru Toşiro Muto jurnalistlərə bildirib ki, ərizə ilə müraciət edənlərin 60 faizindən çoxu 11 gün və ya daha artıq müddətə işləmək istədiklərini bildiriblər.

T.Muto deyib ki, əvvəlcədən də nəzərdə tutulduğu kimi, komitə tərəfindən hər biri 10 gün çalışcaq 80 min könüllü seçiləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi