Ru
Bakı
USD
EUR
GBP
RUB

Tofiq Karayevin şərəfinə atletika üzrə Respublika turniri keçiriləcək

news photo

04.12.2019 15:00 // İdman

Dekabrın 7-də Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor Tofiq Karayevin şərəfinə atletika üzrə XXIII ənənəvi Respublika turniri keçiriləcək.

Youthportal.az xəbər verir ki, turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan yeniyetmələrdən ibarət 40 komanda birincilik uğrunda mübarizə aparacaq. Hər bir komandada bir qız və bir oğlan olmaqla 80 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimi dekabrın 7-si saat 13:30-da baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi