Ru
Bakı
USD
EUR
GBP
RUB

“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq

news photo

21.05.2020 11:31 // Dünyada

ABŞ-da məhkəmə “Titanik” gəmisindən radioötürücünün çıxarılması üçün əməliyyatın aparılmasına icazə verib.

Youthportal.az -ın  məlumatına görə, gəminin korpusunda işlərin 2020-ci ilin yayında başlaması planlaşdırılır.

Qeyd olunur ki, Markoni radioötürücüsü həm tarixi, həm elmi-tədris, həm də mədəni dəyərə malikdir.

Mütəxəssislər bildirir ki, işlər tezliklə başlamasa, qurğu tamamilə sıradan çıxa bilər.

Qeyd edək ki, Böyük Britaniyadan ABŞ-a yola düşmüş “Titanik” gəmisi 1912-ci ilin aprelində aysberqlə toqquşaraq qəzaya uğramışdı. Hadisə nəticəsində 1 500 nəfər həlak olmuşdu.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi