Ru
Bakı
USD
EUR
GBP
RUB

Timur Əsgərov “Silviya” baletində Armintanın partiyasını ifa edəcək

news photo

05.07.2019 17:47 // Cəmiyyət

İyulun 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Leo Delibanın “Silviya” üçpərdəli baleti nümayiş olunacaq.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Armintanın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Silviya” baletinin dünya premyerası (Lui Merantın xoreoqrafiyasında) 1876-cı ildə Parisdə olub. Baletin Frederik Aştonun xoreoqrafiyasında premyerası 1952-ci ildə Londonda Kral Opera Teatrında keçirilib. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il aprelin 3-də oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Atəşkəs 21 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi