Ru
Bakı
USD
EUR
GBP
RUB

Timur Əsgərov “Karmen-süita” baletində Xozenin partiyasını ifa edəcək

news photo

06.09.2019 20:04 // Cəmiyyət

Noyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Jorj Bize və Rodion Şedrinin “Karmen-süita” birpərdəli baleti nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, baletdə Xozenin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Səhnə əsərinin dünya premyerası 1967-ci ildə Moskvada Rusiya Dövlət Akademik Böyük Teatrında olub. Balet Mariya Teatrında ilk dəfə 2010-cu ildə nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi