Ru
Bakı
USD
EUR
GBP
RUB

Timur Əsgərov “Cəvahirat” baletində çıxış edəcək

news photo

14.03.2019 12:28 // Cəmiyyət

Martın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində brilyant qaşa aid partiyanı Azərbaycanın Əməkdar artisti Timur Əsgərov təqdim edəcək.

Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və yalnız bütöv halda əsl mənasını kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi