Ru
Bakı
USD
EUR
GBP
RUB

“The Telegraph”: “Mercedes” komandası Valtteri Bottas ilə yeni müqavilə imzalayıb

news photo

29.08.2019 15:45 // Formula 1

“Mercedes” komandası pilotu Valtteri Bottas ilə yeni müqavilə imzalayıb.

Youthportal.az “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, müqavilənin Formula 1 Belçika Qran-Prisindən əvvəl təşkil olunacaq Beynəlxalq Avtomobil Federasiyasının mətbuat konfransında ictimaiyyətə açıqlanacağı gözlənilir.

Daha əvvəl Almaniya komandasının Esteban Okan ilə müqavilə imzalayacağı bildirilirdi. Ancaq fransalı pilot “Reno” ilə ikiillik müqaviləyə imza atıb və komandada Niko Hulkenberqi əvəz edəcək.

Qeyd edək ki, V.Bottas cari mövsüm Formula 1 çempionatında pilotların cədvəlində 188 xalla ikinci pillədə qərarlaşıb. O, komanda yoldaşı Luis Hamiltondan 62 xal geridədir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi