Ru
Bakı
USD
EUR
GBP
RUB

Teymur Məmmədov: "Uduzmağım mümkün deyildi"

news photo

26.06.2015 17:00 // Bakı-2015

"Birinci növbədə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Yarış çox güclü səviyyədə keçirildi. Prezidentimiz sağ olsun ki, bizə belə bir imkan yaradıb. Mən bu yarışa çox güclü hazırlaşmışdım və qızıl medala layiq idim".

Youthportal.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycana Avropa Oyunlarının boks yarışında qızıl medal qazandıran idmançımız Teymur Məmmədov deyib.

O, döyüşlərin bir qədər ağır keçdiyini qeyd edib: "Güclü boksçularla qarşılaşmışam. Amma yenə də min şükür ki, qızıl medal qazandım. Birinci döyüş həmişə çətin olur. Ona görə də ilk döyüş mənim üçün bir az ağır keçdi. Final döyüşündə özümə çox inanırdım. Cənab Prezidentimiz də orada idi. Uduzmağım mümkün deyildi".

T.Məmmədov bundan sonra bütün gücünü Rio-de-Janeyro olimpiadası üçün sərf edəcəyini bildirib: "Yaxın günlərdə oğlum olacaq. Bu qələbəni də ona həsr edirəm. Çox xoşbəxtəm, mən qızıl medala layiq idim, çox əziyyət çəkmişəm və onu qazanmışam".

Digər xəbərlər

Xəbər lenti

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi