Ru
Bakı
USD
EUR
GBP
RUB

Texniki Universitetdə SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı olub

news photo

18.03.2019 17:09 // Təhsil

Azərbaycan Texniki Universitetində (AzTU) SOCAR-ın insan resursları departamentinin məsul işçiləri - Vasif Cəfərov və Nəzrin Əfəndiyeva bu şirkətin Daxili Təqaüd Proqramının təqdimatını keçiriblər.

Universitetin ictimaiyyətlə əlaqələr departamentindən Youthportal.az-a bildirilib ki, tərbiyə işləri üzrə prorektor İsa Xəlilov şirkətin gənclərlə bağlı layihələrinin əhəmiyyətindən danışaraq AzTU-nun ənənəvi olaraq bu layihələrdə iştirakını vurğulayıb. Prorektor qeyd edib ki, təqaüd proqramını qazanan tələbə gələcəkdə SOCAR-da işləmək imkanı eldə edə bilər.

Daha sonra Vasif Cəfərov şirkətin həyata keçirdiyi Daxili Təqaüd və Təcrübə proqramları haqqında məlumat verib. Bildirib ki, SOCAR istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, tələbələrin sənaye sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə Daxili Təqaüd Proqramını həyata keçirir.

Tədbirdə təqaüd proqramına uyğun ixtisaslarda yüksək balla təhsil alan tələbələr iştirak ediblər. Şirkətin əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi