Ru
Bakı
USD
EUR
GBP
RUB

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

news photo

21.01.2019 12:33 // Gənclər üçün

Hər birimiz iş həyatımızda müxtəlif mövzularda təqdimatlar verməli oluruq. Təqdimatın hansı şəkildə hazırlanması və təqdim edilməsi çox önəmlidir. Effektli təqdimatla çatdırmaq istədiyiniz mesaj daha da aydın olar və beyində müsbət fikir formalaşar. Təqdimatınızın effektli olması üçün sizə "Təqdimat bacarıqları" təlimində iştirak etməyi təşkil edirik. 

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Oxu, Öyrən və Qalib ol" gənclərarası təqdimat yarışması adlı layihənin ikinci təlimi - "Təqdimat bacarıqları" təlimi baş tutacaq. 

Layihənin təlimçisi Milli Olimpiya Komitəsinin nümayəndəsi Səfər Məmmədov olacaq.

Təlim “Təqdimat Bacarıqları”, "Təqdimatı necə hazırlamalı", "Auditoriyanı (jüri) necə cəlb etməli", "Mimika və jestlərdən necə istifadə etməli"  mövzuları əhatə edəcək. 

Belə ki, təlim 26 yanvar 2019 saat 11:00-da, İçərişəhər, Böyük Qala 41 ünvanında("Bir" Tələbə-Könüllü proqramının təlim zalı) keçiriləcək.

Layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak etmiş hər kəsə sertifikat veriləcək.

Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir. Təlimin müddəti 90 dəqiqə (15 dəqiqə - çay fasiləsi) olacaq.

 

Təlimdə iştirak etmək üçün qeydiyyat linki: https://teqdimatyarishmasi.typeform.com/to/gv1bam

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi