Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələrin “səyyar kinoteatr”ı beynəlxalq sərgidə (FOTO)

news photo

05.12.2019 11:55 // Təhsil

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri öz startap layihələri ilə təmsil olunurlar.

UNEC-dən Youthportal.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgiyə universitetin Zaqatala filialının 3 tələbəsi “səyyar kinoteatr” startapı ilə qatılıb. Layihənin ideya rəhbəri maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Əli Əhmədzadə, meneceri mühasibat uçotu və audit ixtisası üzrə 4-cü kurs tələbəsi Mir Həsən Dadaşov, kontent meneceri isə maliyyə ixtisası üzrə 2-ci kurs tələbəsi Nicat Mürsəlovdur.

“Səyyar kinoteatr” hər ay müntəzəm olaraq ölkəmizin fərqli bölgələrində kütləvi şəkildə filmlər nümayiş etdirəcək bir layihədir. Müəlliflərin sözlərinə görə, sərginin ilk günündən startapa maraq yüksək olub. Yüzdən artıq ziyarətçi, o cümlədən sinema şirkətləri layihənin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.

Sərgi dekabrın 6-dək davam edəcək.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi