Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələrin hazırladığı “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq (FOTO)

news photo

17.02.2019 12:18 // Cəmiyyət

Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin hazırladığı “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq.

ADMİU-dan Youthportal.az-a bildiriblər ki, Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.

Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə II və IV kurs tələbələri Samirə Rüstəmova, Mir Qabil Əkbərov, Turanə Heydərli, Mariya Dubovitskaya, Milana Sokolenko, Zaur Terequlov, Yuri Omelçenko, Səbinə Rzayeva, Cohar Abdullayev, Elnur Rzayev, Ümid Ababszadə, rejissor tələbələr Cahandar Cəfərli, Tamerlan Əsədov, eləcə də S.Vurğun adına Rus Dram Teatrının aktyoru, Əməkdar artist Maqsud Məmmədov çıxış edir.

Tamaşada aktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artist Azad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı Aysel Əzizovaya aiddir.

Xalq artisti, professor Cənnət Səlimovanın və Əməkdar artist Sonaxanım Mikayılovanın rəhbərliyi ilə tələbələrin hazırladıqları tamaşa ilk dəfə ötən ilin dekabrında Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində nümayiş olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi