Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələrə kapital bazarı alətləri və infrastrukturuna dair maarifləndirici seminar keçirilib

news photo

17.10.2019 17:35 // Təhsil

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Texniki Universitetində maliyyə və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda maarifləndirici seminar keçirib.

MBNP-dən Youthportal.az-a bildirilib ki, seminarda dünyada və Azərbaycanda səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, fond birjasında kütləvi ticarət və bazarlara investisiyalar haqqında tələbələrə ətraflı məlumat verilib.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində kapital bazarları alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar, investisiya xidmətlərinin növlərinə dair nəzəri və praktiki mövzular müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 25 tələbə iştirak edib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi