Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələrarası intellekt olimpiadasının finalçıları məlum olub (FOTO)

news photo

20.05.2019 16:13 // Təhsil

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin final mərhələsinə yüksələn tələbələrin adı məlum olub.

Youthportal.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 96-cı il dönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsinə 450 nəfər vəsiqə qazanıb.

Layihənin reqlamentinə əsasən ilk turda bütün universitet tələbələri öz ali təhsil müəssisələrində biliklərini yoxlayıblar. 23 universitetdən 10254 nəfərdən fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Final mərhələsi fərqli reqlamentdə keçiriləcək. Fərdi yarışda onlar Azərbaycan tarixi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhüriyyətinin tarixi, dünyagörüşə əsaslan açıq tipli sualları cavablandıracaqlar. Yekun mərhələ iyun ayının 1-də keçiriləcək. Layihənin mükaftalandırma mərasimi iyun ayının 15-də keçiriləcək.

Bildirək ki, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

- “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat

- “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı

- “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi

- “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri

- “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi

- “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet

- AAAF SPA mərkəzindən endirim kuponları

- Tanınmış brendərdən endirim kuponları

- və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Tələbələrarası İntellket Olimpiadasının cavabları aşağıdakı linkə daxil olmaqla öyrənə bilərsiniz.

Cavab linki: http://www.leadeducation.az/olimpiada

Əlavə məlumat üçün aşağıdakı nörmələrə zəng edə bilərsiniz.

012 595 05 35

055 576 05 35

070 576 05 35

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 22 dəfə pozulub

Bazar günü 22 dərəcə isti olacaq

“İradənlə qalib gəl!”

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi