Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr xarici dillərdə dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər (FOTO)

news photo

08.11.2019 15:15 // Təhsil

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

BSU-dan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Gültəkin Əliyeva Dövlət Bayrağı Gününün xalqımızın tarixində xüsusi bir gün kimi qeyd olunduğunu bildirib, iştirakçıları bayram münasibətilə təbrik edib.

Filologiya və xarici dil müəllimliyi fakültəsində təhsil alan tələbələr Azərbaycan, rus, ingilis, alman, fransız dillərində dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər.

Tədbirdə dövlət bayrağımızın tarixi ilə bağlı videoçarx nümayiş olunub. Sonra tələbələr vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndiriblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi