Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr uğurlu müsahibənin sirlərini öyrənirlər

news photo

21.12.2018 14:46 // Təhsil

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının kollektivi ölkəmizin sənaye nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir.

Universitetdən Youthportal.az-a bildiriblər ki, ATMU-nun və Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera planlaması və uğurlu müsahibənin sirləri” mövzusunda növbəti təlim keçirilib.

ATMU-da təşkil olunan tədbiri Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənov aparıb. Diskussiya şəraitində keçən təlimdə hər bir tələbə və məzunun işlə təminolunma prosesində qarşılaşdığı çətinliklərin aradan qaldırılması yolları göstərilib. Təlimdə dəqiq karyera planlaması, həmin prosesin təşkili və idarə edilməsi, CV formasının tərtibi, müsahibədə xarici görünüş, davranış qaydalarından ətraflı bəhs olunub.

Sonra A.Həsənov tələbələrin suallarını cavablandırıb. Fəal təlim iştirakçılarına sertifikatlar verilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi