Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr şirkətlərdə günlük istehsalat təcrübələrinə cəlb olunacaqlar

news photo

03.02.2017 19:30 // Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsinin tələbələri fevralın 15-dən başlayaraq müxtəlif sənaye müəssisələrində günlük istehsalat təcrübələrinə cəlb olunacaqlar.

Bu barədə fakültənin dekanı, dosent İlham Rüstəmov məlumat verib. Dekan qeyd edib ki, özəl sektorda təmsil olunan ayrı-ayrı şirkətlərin (CİBS, EDUCENTRE, DELTA, SEFCO, Consulting, Tekoplast və s.) nümayəndələri ilə tələbələrin görüşü keçirilib. Əsas məqsəd sənayenin mövcud iqtisadi problemlərinin tələbələrə çatdırılması və həlli imkanlarının araşdırılması olub. Bu görüşlərdə şirkət nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə danışıb, istehsal prosesinin müasir problemləri ilə bağlı mühazirələr oxuyublar.

Günlük istehsalat təcrübəsi barədə məlumat verən İ.Rüstəmov bildirib ki, üçüncü kurs tələbələri tədris prosesindən ayrılmadan müəyyən qrafik üzrə şirkətlərdə çalışacaqlar. Nəticədə tələbələr buraxılış işinin yerinə yetirilməsi üçün lazımi material toplamaqla yanaşı, istehsalat təcrübəsi də əldə edəcəklər.

Dekan qeyd edib ki, 771 tələbənin (onlardan 31-i əcnəbi gəncdir) təhsil aldığı bu fakültədə hazırda sənayenin təşkili və idarəolunması; dünya iqtisadiyyatı-marketinq; menecment və biznesin idarəolunması ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Burada təhsilin inkişafı üçün müxtəlif layihələr reallaşdırılır və tələbələrin dil və müasir ixtisas biliklərinin artırılmasına xüsusi önəm verilir.

İ.Rüstəmov, eyni zamanda, universitet-tələbə-valideyn münasibətlərinin qurulduğunu və bunun təhsilə töhfə verdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi