Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıb (FOTO)

news photo

19.06.2019 10:22 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələr arasında təşkil etdiyi Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika, fizika, kimya, biologiya, psixologiya üzrə olimpiadaların və təsviri incəsənət, musiqi üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpiada və müsabiqələr ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov olimpiada və müsabiqələrin son üç ildə davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, olimpiadalar tələbələrin fəallığını artırır, elmə marağını dərinləşdirir, bu isə müasir dövrdə tələbə hazırlığına, kadr yetişdirilməsinə böyük köməkdir. Rəqabət mühiti tələbələri daha çox çalışmağa, bilik və bacarıqlarını artırmağa, təhsildə və elmdə irəliləməyə həvəsləndirir.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov iki turdan ibarət olimpiada və müsabiqələrdə qiymətləndirmə forması haqqında məlumat verib. Diqqətə çatdırıb ki, ümumilikdə olimpiada və müsabiqələrdə ADPU üzrə iştirak edən 1364 tələbədən 85-i ikinci tura keçib və onlardan 30-u I, II və III yer nominasiyaları üzrə qalib gəlib.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov olimpiada və müsabiqələrin əhəmiyyətindən danışıblar.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi