Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr internat məktəbində

news photo

16.10.2018 11:32 // Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən xeyriyyə klubunun üzvləri Xəzər rayonunun Türkan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində olublar.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, internat məktəbində şagirdlərin dərsləri ilə maraqlanan tələbələr onlara müxtəlif hədiyyələr veriblər.

Qeyd edək ki, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı, loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi