Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr “Azəralüminium”da istehsalat təcrübəsi keçirlər (FOTO)

news photo

12.07.2019 12:44 // Təhsil

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan əməkdaşlığa dair Müqavilənin icrasının nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə bu universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçməyə başlamışdır. Müəssisə ölkənin əlvan metallurgiya sənayesinin aparıcı sahəsi sayılan boksit və alunit filizindən alüminium məhsullarının istehsalı üzrə aparıcı şirkətdir və Gəncə şəhərində yerləşir.

ASC-dən Youthportal.az-a verilən məlumata görə, “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsi ilə tanış olan tələbələr ilkin olaraq SƏTƏM qrupunda texniki təhlükəsizlik haqqında filimə baxmış, müvafiq təlimat almışlar. Tələbələr Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər haqqında məlumatlandırılıblar. İstehsalat təcrübəsi iyul ayının sonuna kimi davan edəcək və təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə də yaxından tanış olacaqlar.

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan bu Müqavilə əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi