Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanılır

news photo

16.04.2019 13:48 // Gənclər üçün

Təhsil və Gənclər və İdman nazirlikləri, "Kapital Bank" ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti "Made in Azerbaijan" biznes ideya müsabiqəsinə başlanılır.

UNEC-in ictimaiyyətlə əlaqələr şəbəsindən Youthportal.az-a bildirilib ki, qaliblər müsabiqənin sponsoru olan "Kapital Bank" ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək. Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə üçgünlük mentorluq və digər təlimlər keçiriləcək.

"Made in Azerbaijan" biznes ideya müsabiqəsinin qrafiki:

16 aprel-5 may – biznes ideyaların qəbul edilməsi;

6-12 may – təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;

14-16 may - finalçılara mentorluq və təlimlərin keçirilməsi;

20-23 may – final mərhələsi və mükafatlandırılma.

Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyənləşdirilərək mükafatlandırılması. Biznes ideyalar mayın 5-dək biznesideya@unec.edu.az e-mail ünvanına göndərilə bilər.

Müsabiqənin təşkilində məqsəd "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi