Ru
Bakı
USD
EUR
GBP
RUB

“Tələbə kuboku” mini futbol üzrə Nərimanov rayon turnirinin final oyunu keçirilib

news photo

09.05.2018 08:29 // İdman

Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə “Tələbə kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

BŞGİBİ-dən Youthportal-a bildiriblər ki, turnirdə Azərbaycan Turizm və Menecment, Bakı Avrasiya, ADA, Təfəkkür, Odlar Yurdu, Azərbaycan Kooperasiya, Azərbaycan Dillər universitetlərinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Humanitar, Bakı İdarəetmə və Texnologiya kolleclərinin komandaları iştirak ediblər.

Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri ADA Universitetinin komandası, III yeri isə Azərbaycan Turizm və Menecment Universitetinin komandası tutub.

Qalib komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, kubok, medallar və hədiyyələr ilə təltif ediliblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi