Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək

news photo

25.04.2018 09:58 // Gənclər üçün

Bu gün Azərbaycan Dövlət Musiqili Tetarında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalınını Qala konserti keçiriləcəkdir. Qala konsert myuzikl tamaşa formatında olacaqdır.  Cari ilin 3-6 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilmişdir. Seçim turlarında 15 yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını nümayiş etdirmişlər.

nazirlikdən Youthportal-  abildirilib ki, festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir.

Festival bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynamışdır.  2009-cu ildə Avroviziya mahnı müsabiqəsində  Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə  və 2011-ci ildə Azərbaycana  möhtəşəm  qələbəni  - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olmuşlar.

2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi