Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsilin gənc səfirləri” ilə görüş keçirilib

news photo

28.10.2019 18:21 // Gənclər üçün

26 oktyabr 2019-cu il tarixində Bakı və Sumqayıt şəhərlərində ali və orta təhsil müəssisələrində təhsil alan “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri arasından “Təhsilin gənc səfirləri” seçilən 26 gənclə Gənclər Fondunda görüş keçirilib. 

Youthportal.az xəbər verir ki, gənc səfirlərlə səmimi söhbət edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov onlara təhsil həyatlarında uğurlar arzulayıb və bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib, onların “təhsilin gənc səfirləri” olaraq tələbələrin təhsilə motivasiyasının yüksəldilməsi istiqamətində, sosial müdafiəyə ehtiyacı olan daha çox istedadlı tələbənin təhsilə təşviq olunması prosesində fəal iştirakının vacibliyini vurğulayıb.

Gənclərlə söhbətində ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışan Fərid Cəfərov tələbələrə Fondun “Xaricdə təhsil” proqramı çərçivəsində magistr təhsili almaq müsabiqədə iştirak etmək üçün yaradılan imkanlar haqqında da geniş məlumat verib.

Qeyd edək ki, bu il Gənclər Fonduna “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsi çərçivəsində  1121 gənc müraciət edib, 425 nəfər qalib seçilib.

Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bu etimadı doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi