Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsildə mobil qurğuların rolu müzakirə ediləcək

news photo

12.01.2019 09:50 // Təhsil

Martın 4-dən 8-dək Parisdə UNESCO-nun təşkilatçılığı ilə təhsildə mobil qurğuların roluna dair təlim həftəsi keçiriləcək.

Youthportal.az UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsi təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair bu təşkilatın əsas konfransıdır. 2011-ci ildən bəri hər il keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən ekspertlər toplaşacaqlar. Onlar təlimdə yeni texnologiyalardan istifadə edilməklə innovativ yollar barədə fikir mübadiləsi aparacaqlar. Təlim həftəsinə simpozium, siyasi forum, seminarlar, strateji laboratoriyalar və paralel tədbirlər daxildir.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi