Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsil – uğurlu gələcəyin təminatıdır!” layihəsinin icrası başa çatıb (FOTO)

news photo

13.08.2018 11:36 // Gənclər üçün

"Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Sağlam Ailə" Tibb Mərkəzinin tərəfdaşlığı ilə "Təhsil – uğurlu gələcəyin təminatıdır!" adlı layihəsinin icrasını başa vurub. Layihə Binəqədi rayonu tam orta təhsil ocaqlarında təhsil alan, qəbul imtahanında 600 bal və artıq nəticə göstərən 20 nəfər məzunun iştiraki ilə, 01 may - 05 avqust 2018-ci il tarixlərində həyata keçirilib.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, layihənin məqsədi - Binəqədi rayonu tam orta təhsil ocaqlarında təhsil alan və qəbul imtahanlarında yüksək nəticə  göstərən məzunların vətənpərvər ruhda yetişdirilməsinə, intelektual inkişaflarına, təhsildə yeni yüksək nəticələr əldə etməsinə, cəmiyyətin həyatında fəal iştiraklarına və asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaqdır. 

Layihə iştirakçıları “Sağlam Ailə” Tibb Mərkəzinin təşəbbüsü ilə tibbi müayinədən keçiblər. Bu təşəbbüs gənclərin qanda gedən gizli prosesləri müəyyən etmək  və gələcəkdə səhhətlərində yarana biləcək fəsadları aradan qaldırmaq və vaxtında qabaqlayıcı addımları atmaq məqsədi ilə reallaşıb.

Layihənin ikinci mərhələsində Şəki rayonunda yerləşən “Cənnət Bağı” İstirahət Mərkəzində layihə iştirakçıları üçün düşərgə təşkil olunub. Düşərgə  zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə - Könüllü Proqramının rəhbəri - Canoğlan İlyasov könüllülük, könüllük xidmətinin tarixçəsi və respublikamızda son illər vüsət almış könüllük hərəkatından layihə iştirakçılarına məlumat verib. 

Digər təlimçi Azərbaycan Tibb Universitetinin professoru - Fikriyyə İbrahimli günümüzdə ən çox istifadə etdiyimiz “fast food” qidalarının və "enerjili içki"lərin gələcəkdə gənc orqanizimdə yarada biləcək fəsadlardan,  xarici ölkələrdən daxil olan və geni deyişdirilmiş meyvə və tərəvəzin zərəri, təmiz havanın və ölkəmizin yerli kənd təsərrüfat məhsullarının xeyri,  zərərli vərdişlər və s. məssulların əks təsirindən danışıb. 

“İB CLUB” Gənclərin İnkişaf Mərkəzinin “Fərdi İnkişaf ” layihəsinin təlimçisi - Amin Əfəndiyev gənclərə “Özünə inam” və “Kreativ düşüncə” mövzularda təlim keçib. Təlimlər ilə yanaşı, layihə iştirakçıları üçün “Bakı Gənclər Klubu” ictimai birliyinin təşəbbüsü ilə “Şəki Xan Sarayı”, “Kiş-Alban məbədi” tarixi müzeylərinə səfərlər təşkil olunub və gənclərin inkişafı istiqamətində müxtəlif intellektual və idman oyunları keçirilib. 

"Bakı Gənclər Klubu" ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunub və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.“BGK” ictimai birliyi “Azərbaycan Kiber İdman Federasiyası”, "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi - gəncləri öz ətrafında toplayaraq asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına dəstək 

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi