Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsil – uğurlu gələcəyin təminatıdır” adlı layihəsinin icrasına başlanılıb

news photo

07.05.2018 11:08 // Gənclər üçün

“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti,  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı ilə Təhsil – uğurlu gələcəyin təminatıdır adlı layihəsinin icrasına başlamışdır. Layihə Binəqədi rayonu tam orta təhsil ocaqları məzunlarının iştiraki ilə, 01 may – 01 avqust 2018-ci il tarixlərində həyata keçirilir.

Təşkilatdan Youthportal- a bildiirlib ki, layihənin məqsədi - Binəqədi rayonu tam orta təhsil ocaqlarında təhsil alan və qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları vətənpərvər ruhda yetişdirilməsinə, intelektual inkişaflarına dəstək olmasına və təhsildə yeni yüksək nəticələr əldə etməsinə, cəmiyyətin həyatında fəal iştiraklarına və asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaqdır.

 Layihənin birinci mərhələsində Binəqədi rayonu İcra Hakimiyyətinin köməyi ilə 2018 il qəbul imtahanlarında yüksək - 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin siyahısı tərtib olunacaq və “Sağlam Ailə” Tibb Mərkəzinin təşəbbüsü ilə qanda mövcud olan xəstəliklərin müayinəsi məqsədi ilə layihə iştirakçıları qanın kliniki analizindən keçiriləcəklər.

Sonra layihənin ikinci mərhələsində layihə iştirakçıları üçün respublikamızın simal-qərb bölgəsi - füsünkar təbiəti, tarixi və mədəni irsi ilə fərqlənən Şəki rayonunda yay düşərgəsi təşkil olunacaq. Düşərgə zamanı “Sağlam Ailə” Tibb Mərkəzinin həkimləri tərəfindən təhsildə psixoloji yanaşma, sağlam qida və sağlam həyat tərzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təlimçisi tərəfindən “könüllülük xidməti” mövzularında və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi tərəfindən yerli tarixi və mədəni abidələr haqqında gənclərə dolğun məlumatlar veriləcək.

Layihə zamanı əldə etdikləri məlumatlar əsasında layihə iştirakçıları təhsildə yeni nailiyyətlərə nail olacaq, tarixi biliklərini zənginləşdirəcək və gələcəkdə respublikamızda keçiriləcək möhtəbər tədbirlərdə iştirakları ilə könüllülük hərəkatına tövhə verəcəklər.

"Bakı Gənclər Klubu" ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.“BGK” ictimai birliyi “Azərbaycan Kiber İdman Federasiyası”, "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi - gəncləri öz ətrafında toplayaraq asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına dəstək olmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi