Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil Nazirliyində fövqəladə hallarla bağlı “Qaynar xətt” yaradılıb

news photo

08.05.2019 11:58 // Təhsil

Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.

Nazirlikdən Youthportal.az-a verilən məlumata görə, “Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. 

Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək.

146-2 “Qaynar xətt”inə daxil olan məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək.

146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək.

Fövqəladə hallara təhsil müəssisəsi və ya onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların və ya təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi