Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsi üzrə qrant müsabiqəsi elan edib

news photo

20.11.2019 12:06 // Təhsil

Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsi elan edib.

Nazirlikdən Youthportal.az-a bildiriblər ki, qrant müsabiqəsinin keçirilməsində məqsəd ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsidir. Həmçinin həmin şagirdlərin arasında sağlam həyat tərzinin təşviqi, ümumi və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək də məqsədlər sırasındadır.

Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilər. Qeyri-hökumət təşkilatları qranta müraciət üçün layihə təklifi, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri təqdim etməlidirlər. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər noyabrın 30-u saat 18.00-dək st2019@edu.gov.az ünvanına göndərilməlidir.

Təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsi üzrə layihələrdə iştirakı, layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması, cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi nəzərə alınacaq.

Ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində layihə üzrə təhsil alan şagirdlərin sayı 4 min 500 nəfərdən çoxdur.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi