Ru
Bakı
USD
EUR
GBP
RUB

Təhsil nazirinin müavini Moskvada səfərdə olub (FOTO)

news photo

18.04.2017 18:06 // Siyasət

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

YouthPortal xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov YUNESKO-nun Baş katibinin təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib.

Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib.

Nümayəndə heyəti həmçinin, Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi